Gözəl axtarır hamı
Elə ki, çatır əliGəncliyinin çağına –Uçub qonmaq istəyirBir gülün budağına.İstəyir ki, nur saça,Yana bəxtinin şamı,Gözəl axtarır hamı.
Deyir, gözlərin ala,Qaşların da qaradır.Gözəllikdən güc alıb,Min bir əsər yaradır.Aşiqlərin eşqidir,Şairlərin ilhamı,Gözəl axtarır hamı.
Ağır dərddir, həyatdaGəzdiyin Allah ola,Qismətinə din düşə.Gözəl deyib, yanasan,Payına çirkin düşə.Arzulara çatmasanÖmrün-günün, həyatınNə ləzzəti, nə tamı,Gözəl axtarır hamı.
Geniş ürək, odlu göz,Çilçıraqlar yandırar.İşıq keçsə, otaqdaSevinc işıqlandırar.İşıqlı keçsin deyəÖmrün səhər-axşamı,Gözəl axtarır hamı.
Nənəmin nəvəsinəCanım deyə, can ola.Kişi belindən gələ,Əsil bir insan ola.Yaxşı olsa gəlinlər,Oğulların bəxtidir,Anaların bayramı,Gözəl axtarır hamı.
1972, 17 iyun
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozel-axtarir-hami
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xəstəxanada mənə baş çəkməyə gələnlərin əksəriyyəti bir-*birindən xəbərsiz eyni cümləni təkrar edirdilər: “Dur ayağa, xəs -*
Can ağrısının cavan xəstəyə sualıİstəyirdin bir nəfəsə yüz bələni aşasan,İstəyirdin dəniz kimi qaynayasan, daşasan,
Mən onda bildimBir dünya gözəli çıxdı qarşıma,İnsan nə deməkdi, mən onda bildim.
MənimdiBaşdan-başa qara geymiş ay gəlin,İtirdiyin oğuldumu, ərdimi?
Başqa şairlərin şeirləri
Sən təki bir dərdə məndə düşmüşəm,Qoyma acıqlansın ana, qardaşım,
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
Təcnis: Gözəl olan verir üzünə bəzəkGözəl olan verir üzünə bəzək,Gözü nərgis şümşad ayağı gərək,
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan