Zarafatyana
Bəxtinin ulduzu göydə göz vura,Üstünə nur səpən ayın olaydı.İsti bir otaqda keçəydi qışın,Sərin bir yaylaqda yayın olaydı.
Yox yerdən var ola, çaxırın gələ,İlxın, sürün gələ, naxırın gələ.Əvvəlin gəlincə, axırın gələ,Taledən qismətin, payın olaydı.
“Sabah gəl” sözünü biryolluq kəsən,Dağ kimi dayanan, yarpaqtək əsən,Gah sənə dost olan, gah səndən küsən,Cibində qalağın, sayın olaydı.
Zəlimxan, odlarda bişənə kimi,Yüz yerdə atlanıb-düşənə kimi,Yüz qapı dabanı eşənə kimi,Bir ağırtaxtalı dayın olaydı.
1972, 2 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-zarafatyana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göydə süzmək üçün quşu yaratdı,Yerdə yatmaq üçün daşı yaratdı.
Bütün ürəkləri sevindir, AllahıAllah, xoşbəxtliyi tək mənə vermə,Əlləri ümiddən üzülənə ver.
Qoşa Qurbanım varDumduru çeşməyə dönmək istərəm,Əyilib gözümdən bir içən olsun.
Gedənlərə rəhm eyləsin haqq. bir azÇox baxmısan şəhərlərin rənginə,Dön indi də bu dağlara bax bir az.
Başqa şairlərin şeirləri · Fələk və tale
Gördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
جانا دل مسکین من این کی پنداشتکز وصل توام امید بر باید داشت
DustağınÇərxi-fələk, sənə qıllam ziyarət,Dönübdür çilləyə, yayı dustağın.