Tanrının adına yaradan dedik
Göydə süzmək üçün quşu yaratdı,Yerdə yatmaq üçün daşı yaratdı.Zamanı zamana qovuşdurmağa,Yaddaşı yaratdı, huşu yatardı,Tanrının adına Yaradan dedik.
Dağların dayağı düzü yaratdı,Haqqı görmək üçün gözü yaratdı,Özünə İlahi dedirtmək üçünİnsanı yaratdı, bizi yaratdı,Tanrının adına Yaradan dedik.
Qanqal da onundu, çiçək də onun,Fil də, qarışqa da, milçək də onun.Yersiz yer üzündə heç nəyi yoxdu,Çirkin də, gözəl də, göyçək də onun,Tanrının adına Yaradan dedik.
Baxdıq gələcəyə sabahım deyə,Güvəndik gücünə silahım deyə.Dilimiz duada, əlimiz Haqda,Göylərə boylandıq “Allahım” deyə,Tanrının adına Yaradan dedik.
Ömür sel ağzında bir sarı yarpaq,Yel vurdu, sel vurdu, dağdan aşacaq.“Seçmə durnamızı sıradan”, — dedik,“Şübhədən, gümandan qurtar bizləri,Çıxart könlümüzü qaradan”, — dedik,Tanrının adına Yaradan dedik.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-tanrinin-adina-yaradan-dedik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevindir yolları səfərlərinlə,Yolçusu yoxdursa, yolda səs olmaz.
Borc eyləməGödək ömrü baha saxla,Hər yetənə xərc eyləmə.
Torpaq üçün qeyrətini qılınc bilUşaqsanmı, ağlın bir şey kəsməyə,Qocasanmı, itirəsən yaddaşı?
Yollar mənə yolluğunu göstərəDədələrin məclisinə düşəydim,Toyda toyum, yasda yasım olaydı.
Başqa şairlərin şeirləri · İlahi eşq
AĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Aşıq Valehin şair Abdulla Canızadəyə cavabıSəfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,