Sevindir yolları səfərlərinlə,Yolçusu yoxdursa, yolda səs olmaz.Arzu çağırmasa, səs aparmasa,İnsan təbiətlə həmnəfəs olmaz.

Sevindir göyləri baxışlarınla,Göylərdə sevginin naxışı qalsın.Ulduz yaddaşında, Ay yaddaşında,Kövrək bir şairin baxışı qalsın.

Sevindir zamanı dualarınla,Sabahdan sonrakı sabah sevinsin.Allah ürəyini açsın bəndənin,Bəndəyə baxanda Allah sevinsin.

2003, yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri