Uşaqsanmı, ağlın bir şey kəsməyə,Qocasanmı, itirəsən yaddaşı?Cavanlığın ətəyindən bərk yapış,Daşıyırsan, bir müqəddəs ad daşı.

Əqidəsiz keçən ömrü gülünc bil,Torpaq üçün qeyrətini qılınc bil.Öz daşını öz başına balınc bil,Könül açmaz yad torpağı, yad daşı.

İç camını, şərbətindən ləzzət al,Görüş gözlə, həsrətindən ləzzət al.Ömrün-günün nemətindən ləzzət al,Ömrü boyu damağında dad daşı.

2003, 2 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən