Dumduru çeşməyə dönmək istərəm,Əyilib gözümdən bir içən olsun.İki bəxtəvərlik öpsün gözümdən,Biri günəş olsun, biri çən olsun.

Öyrətdim əlimi xeyir yazmağa,Dəyir yaratmağa, dəyir yazmağa.Gərək söz deməyə, şeir yazmağa,Duru könül olsun, duru can olsun.

Təzənə əriyər telin yolunda,Dağlar qurban gedər selin yolunda.Qoşa qurbanım var elin yolunda,Biri ürək olsun, biri can olsun.

2003, oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri