Gedənlərə rəhm eyləsin haqq. bir az
Çox baxmısan şəhərlərin rənginə,Dön indi də bu dağlara bax bir az.Əcəl səni keçirməmiş çənginə,Diril bir az, durul bir az, ax bir az,Dön indi də bu dağlara bax bir az.
Bulud kimi oyna dağın başında,Şimşək kimi gurla bir az, çax bir az.Çiçəklərin gözlərinin yaşında,Diril bir az, durul bir az, ax bir az,Şimşək kimi gurla bir az, çax bir az.
Ana yurdun obasına qayit gəl,Həsrətini yandır bir az, yax bir az.Tərlan quşun yuvasına qaylt gəl,Gedənlərə rəhm eyləsin Haqq bir az.Diril bir az, durul bir az, ax bir az,Dön indi də bu dağlara bax bir az.
2003, oktyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gedenlere-rehm-eylesin-haqq-bir-az
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Doğumla, ölümlə gözəldi dünya,Nə yaxşı hər gecə bir səhər doğur.
Göyçənin gözəl oğluSərdar Kərimovun xatirəsinə*Ömrün bir köçəri quşamı döndü?
Oxuya bilmədim axıra qədərKim deyir bu dünya kefdi, damaqdı,Kefi olanlar da kefdə deyilmiş.
SöyləDərd içini yandıranda,Apar dağa-daşa söylə.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
به زر و سیم خَرَد عشقِ بتان مردِ لئیم
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
NecolduBaşına döndüyüm, ay uca dağlar,Səndə gəzən ağır ellər necoldu?
DüşmüşəmArif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.