Ölüm adlı bir dinsizinHansıdı dini, bilmirəm.Niyə belə uzun çəkdiNifrəti, kini, bilmirəm.

Hava soyuq, rüzgar sərin,Ömür gödək, yara dərin.Nə vaxt kəsər ürəklərinFəryadı, ünü, bilmirəm.

Əcəl gəlsə, almaz izin,Süründürər dizin-dizin.Hardadı bu qibləsizinQibləsi, yönü, bilmirəm.

Dərd min birdi, mənsə birəm,Torpağındı şəhdim, şirəm.Gəldiyim günü bilirəm,Öldüyüm günü bilmirəm.

2001, 1 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm