Bu qədər lilində batma nifrətin
Bu qədər lilində batma nifrətin,Didər nifrət ömrü, didər kin ömrü.Nə Ay sevindirər, nə Gün güldürər,Özü öz içində didərgin ömrü.
Verilən suala cavab tap, cavab,Çəkməyə dəyərmi çəkilən əzab?Hardandı insanda bu qədər qəzəb,Nə qədər uzunmuş bu dərkin ömrü.
Gördüyü hədədi, aldığı zədə,Tuş gələr yamana, rast gələr bədə.Allah heç verməsin düşmənimə də,Bu qədər narahat bir gərgin ömrü.
2005, iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-qeder-lilinde-batma-nifretin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Duyulmaqdür bu, Vərqa, şəh yetürməkdür ani yarə
Gülşa ki, eşitdi ol məqali,Təğyir ona oldu vəz’i-hali.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz