Suç mənim
Aldanmışam sərvətinə dünyanın,Ömrüm-günüm yalan mənim, puç mənim.Nahaq yerə yaxasından yapışdım,Təqsir mənim, günah mənim, suç mənim.
Beş-altı gün yas paltarı geyərlər,Hərdən yaxşı, hərdən yaman deyərlər.Ehsanımı şirin-şirin yeyərlər,Qırxa qədər yeddi mənim, üç mənim.
Qələm alsın baş daşımı yazanlar,Bel götürsün məzarımı qazanlar.Ay Zəlimxan, ağı desin ozanlar,Kəfən mənim, karvan mənim, köç mənim.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-suc-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Gedirsən
Mal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
Hanı ürəyimin dərmanı zəhər?Hanı həyatıma son qoyan xəncər?
Gəlsən ölərəmGəlsən ölərəmsevincdən, səadətdən;
Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəkiYoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki,Qıl mana busəyi-kərəm Tanrı içün cəki-cəki.