Ruhum
Nə vaxt sakit olacaqsan,Narahat, nigaran, ruhum?Bir bucağa çəkilməklə,Yoxmu sənin aran, ruhum?
Tərs durub yana çəkdilər,Hər gün meydana çəkdilər.Qansızlar qana çəkdilər,Sağalmazmı yaran, ruhum?
Sən zirvədə görünən qar,Sən budaqda yetişən bar.Bir yerdə tutmadın qərar,Gah dağsan, gah aran, ruhum.
Ulduza yaraşıq olub,Günəşə sarmaşıq olub,Dan yerinə işıq olub,Qaranlığı yaran ruhum.
Keçilməz hədləri keçib,Qorxulu sədləri keçib,Bütün sərhədləri keçib,Varılmaza varan ruhum.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ruhum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
YetişirmolaƏrizə yazaram səba yellənnən,Ərizəm canana yetişirmola?
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım