Odumun, suyumun yar-yaraşığı,Yasımın, toyumun yar-yaraşığı,İsti nəfəsimin, dolu qəlbimin,Ucalan boyumun yar-yaraşığı,Mənim yeddi arxa dönənlərimin,Əslimin, soyumun yar-yaraşığı,Getmə gözlərimdən, getmə uzağa,Çal mənim qəlbimi bir aşıq kimi,Qal mənim ömrümdə yaraşıq kimi.

2005, dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri