Dağlarda tufan qopub,Yıxıb divarları,uçurub damları,Keçirib ocaqları,söndürüb şamları.Qorxudub,təntidib adamları,Bütün işıqlar sönüb.Göylərin hikkəsindənQaya parça-parça,Daş tikə-tikə,Torpaq şırım-şırım olub.Sürüyüb belədən-beləSellər ağaclarıalıb sırtına.Minillik palıdı yıxıb,dəli bir fırtına.Ağaclar daşlara sürtünə-sürtünəilan kimi qabıq qoyub.Şimşəklər qayaların alnındaİz açıb, çapıq qoyub.Dağlarda tufan qopub,Düzlərin nə vecinə –Dağı yox yıxıla,Qayası yox sökülə.Yarğanı yox uça, tökülə,Dərəsi yox oyula,Zirvəsi yox döyülə!2009, 20 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri