Gülü çox olan yer bağçadı, bağdı,Qanqalı boy verib bitən səhradı.Məcnunu qoynunda itirən, itən,Məcnunun içində itən səhradı.

İlahi sevgilər göylərə təndi,Yaşıl budaqlarda bülbül ötəndi.Sevəni çoxdursa, səhra vətəndi,Sevəni yoxdursa, vətən səhradı.

2000, 4 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq