Oğulsan, vurulma bu gözəlliyə
Gözümüz dünyadandoymadı qəti,Bu dünya əbədi,biz müvəqqəti.Enirsən dərəyə,qalxırsan dağa,Dağlar tamaşadı,başdan ayağa.Hara baxırsansaçağırır səni,Ürək heyran olur,ağıl mat qalır.Bizik tamaşaçıbu səhnə üçün,Biz köçüb gedirik,bu həyat qalır.İçimdən yanıqlıbir sual keçir:Niyə gödək olduömrümüz, niyə?Oğulsan, vurulmabu gözəlliyə!Zirvədə ağarırqar aşırımları,Torpaqda seyr eyləqara şumları.Ulduzlar göylərinnurlu qəndili,Yarpaqlar ağacındanışan dili.
Qarışqa karvanıöz işindədi,Arı öz müqəddəsvərdişindədi.Torağay meşədə,qartal zirvədə,Düşüncə dərində,xəyal zirvədə,Bağlanıb torpağa,boylanıb göyə –Oğulsan, vurulmabu gözəlliyə!Sular pıçıldaşıb,sellər səslənib,Budaqlar üstündəquş oxuyursa,Qayalar səsiniqaytarıb sənə,Kəkliyə qoşulubdaş oxuyursa,Damlalar toy çalıb,çadırlar üstə,Buludlar yağışıgur yağdırırsa,Günəşin işığı,Ayın sevgisi,Hər gün üstümüzənur yağdırırsa,Bulud axarında,göy ləngərində,Küləklər güllərintumarındasa,Təbiət şairintək gözündə yox,Qəlbində, ruhunda,damarındasa,Səs olub, söz olub,rəng olub həyat,Köçürsə ürəyə,köçürsə gözə,Duyduğun, gördüyün,baxdığın nə var,Olursa hər anıheyrət, möcüzə,Tanrının əsəri,bax, budur, deyə –Oğulsan, vurulmabu gözəlliyə!Oğulsan, vurulmabu gözəlliyə!!!
2002, 5 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ogulsan-vurulma-bu-gozelliye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəm kotanı sinəm üstən arx açıb,Dərd içimdə şırım-şırım ağlayır.
Osmanlı sultanı Birinci Əbdülhəmidi Krımdan gələn qara xəbər öldürdüOsmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krıməldən getmiş, sərhədlərimizə hücumlar artmışdı.
Dəyişilən adların taleyiDilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, ordael-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində
Bağçasaray fəryadıBağçasaray sarayı var,xanı yox,
Başqa şairlərin şeirləri
Çün anəsi gəldi ol nigari,Gördü ki, qılar fəğanü zari.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Bir ərəbin Əlidən sualıBir ərəb Mürtəzadən etdi sual –Key sipehri-ülumü bəhri-kəmal,