Dünyanın qovşağı mənlik deyilmiş
Yerdən nur çəkilib, çiçəkdən ətir,Kədər dalğa-dalğa, qəm sətir-sətir.Hünəriniz çatır, gücünüz yetir,Bu qışdan bu yaza çıxardın məni.
Kor olan gözlərə gur işıq tapın,Yöndəmsiz yönlərə yaraşıq tapın.Ölüdən, diridən bir aşıq tapın,Bir sözə, bir saza çıxardın məni.
Həsrət əbədiymiş, günlük deyilmiş,Hər səs, hər mərəkə şənlik deyilmiş.Dünyanın qovşağı mənlik deyilmiş,Batıram, dayaza çıxardın məni.
2005, dekabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dunyanin-qovsagi-menlik-deyilmis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəğmə istəyirəm, elə nəğmə ki,Eşqimə, ruhuma həmahəng ola.
Ustad aşığaÜrəklər bu gün də əzizlər onu,Nəğməli dillərin Ələsgəridir.
MaralSəni xəstə görüb gələndən bəri,Mənim də xəyalım xəstədir, Maral.
Aşıq AbbasQaytar o dağların qoynuna məni,Şirin bir qaytarma çal, Aşıq Abbas.
Başqa şairlərin şeirləri
Səhər ki, badədən aldı üzün bu rəngilə tab,Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Ha siniCavan ömrüm getdi badi-fənaya,Bundan belə dilim desin ha sini.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.