Vaxtsız döymə qapımı
Yenə nə taqqıltıdı?Vaxtsız döymə qapımı.Nə axşamdı, nə sabah,Vaxtsız döymə qapımı.
Oğul toyu, qız toyu,Yol gəlir illər boyu.Yaşamaqdan kim doyu?Vaxtsız döymə qapımı.
Oğul gözümün ilki,Ömrün sərvəti, mülkü.Otuz yeddi deyil ki,Vaxtsız döymə qapımı.
Polad gördüm, əyilmiş,Dəmir gördüm, yeyilmiş.Ay qapısı döyülmüş,Vaxtsız döymə qapımı.
Səndə ətək, məndə əl,Adın amansız əcəl.Gəlirsən vaxtında gəl,Vaxtsız döymə qapımı!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-vaxtsiz-doyme-qapimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Verəli dil o qarə tellərə naşad olubam,Qanlı yaş cari edib, qəmlərə mötad olubam.
TurağayTurağayam, turağay,Quşlarda yox mənə tay.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,