Bu nə qurğu, bu nə saat,şimşək kimi keçdi həyat,Arzularım oldu boyat,gedib ömrün çoxu, gördüm.Əldən getdi ömrüm-günüm,unuduldu toy-düyünüm,Ərşə çıxdı ahım-ünüm,var axtardım, yoxu gördüm.Toyundan çox oldu vayı,göz yaşına döndü çayı,Çəkildi fələyin yayısinəmdədi oxu, gördüm.Zaman axdı sular kimi,döndü bir göz qırpımına.Əlli ili yaşamadım,elə bil ki, yuxu gördüm.

2001, 15 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri