Mənim şeir, sənət yolum
Səsli-küylü gündüzlərdən,Sakit gecələrdən keçdi.Qələmdəki mürəkkəbdən,Alnımdakı tərdən keçdi,Mənim şeir, sənət yolum.
Zildən keçdi, bəmdən keçdi,Çox sevincdən, qəmdən keçdi.Neçə cəhənnəmdən keçdi,Cənnət ruhum, cənnət yolum.
Kim yarıya, kim yarıda,Balımı tapdım arıda.Məni qoymadı yarıda,Güvəndiyim zəhmət yolum.
Anan andı, qanan qandı,Sevən sevdi, danan dandı.Borçalıdan qanadlandı,Borçalıya həsrət yolum.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-seir-senet-yolum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Vətənimdir(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
ای نگار خند خندان یک زمان با من بخندتا کی این خشم تو تا کی چند از این ناز تو چند