Nə yaxşı zəng eylədin
Ölmüşdü ürəyimdəçal-çağır, toy, tamaşa,Solmuşdu gözlərimdətəbiət başdan-başa.Sapsarı duyğularıyamyaşıl rəng eylədin,Nə yaxşı zəng eylədin!
Kəsilməzdi soyuğu,əriməzdi buzluğu,Üzərdi ürəyimihəsrətin sonsuzluğu.Sükutla, ayrılıqladöyüşdün, cəng eylədin,Nə yaxşı zəng eylədin!
Qaytardı səsin mənicəhənnəmdən cənnətə,Dağlar da baş əyərmişdağ boyda məhəbbətə.Ətirli nəfəsiniəlvan çələng eylədin,Nə yaxşı zəng eylədin!
Gözlərimin önündənnələr keçdi, ah, nələr,Cilvələndi ruhumdatamaşalar, səhnələr.Cavanlaşdı qocalar,təzələndi könüllər,Sən bu qarı dünyanıqızdan qəşəng eylədin,Nə yaxşı zəng eylədin!Nə yaxşı zəng eylədin!2002, 10 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ne-yaxsi-zeng-eyledin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən insanam – Allah mənim,Adəm mənim, Nuh mənimdi.
Gəlmişəm mən sənin ziyarətinəUdduğum havaynan, içdiyim suynan,Dəli bir ümidnən, şirin arzuynan,
Mənə “xoşgəldin” de, “əlvida” deməElə ki, taleyin üzünə güldü,Daha dad qılmasın göz ayrılıqdan.
Sevmə məni, sən Allahı sevərsənUlduzu sev, işıq olsun beyninə,Buludu sev, paltar olsun əyninə.
Başqa şairlərin şeirləri
Kəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,