Sevmə məni, sən Allahı sevərsən
Ulduzu sev, işıq olsun beyninə,Buludu sev, paltar olsun əyninə.Torpağı sev, alsın səni qoynuna,Sevmə məni, sən Allahı sevərsən.
Qalxan olmaz, qılınc olar bu sevgi,Qazanc olmaz, qaxınc olar bu sevgi,Qılınc qədər qorxunc olar bu sevgi,Sevmə məni, sən Allahı sevərsən.
Dağa haray, daşa səda salarsan,Qanım gedər, bir qan-qada salarsan.Sən bir odsan, məni oda salarsan,Sevmə məni, sən Allahı sevərsən.
Ağrı sənəm, aman sənəm, ah sənəm,Canımda od, yanağımda şeh sənəm.Qərib üçün nələr çəkdi Şahsənəm,Sevmə məni, sən Allahı sevərsən.
Yuxular var, yuxularda buta var,Kərəmlərə tilsim quran ata var.Mən bilirəm, bu sevgidə xəta var,Sevmə məni, sən Allahı sevərsən.
İşığım yox, otağınca, evincə,Dönəmmərəm gözlədiyin sevincə.Allahı sev, gəlib məni sevincə,Sevmə məni, sən Allahı sevərsən.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sevme-meni-sen-allahi-seversen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gözəl qız, sən saf susan,İki qəlb arzususan.
Adam da adamı bu qədər istəyər...Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür