Bənzəyə
Ana yurdun hər daşına bələdəm,Bulaq varmı bulağına bənzəyə.İnanmıram, yad ocağı yüz olsa,Bir ananın qucağına bənzəyə.
Gülə bilməz nəsillərin üzünə,Quru yerin astarı nə, üzü nə.Düz istərəm Qarabağın düzünə,Dağ istərəm Şahdağına bənzəyə.
Bir bağbanam, damağımda bar dadı,Bərəkətim torpaq verən bardadı.Elə dəniz, elə sahil hardadı,Göy Xəzərin qırağına bənzəyə.
Hər gözəllik qanadıdır sənətin,Görüşü xoş, ayrılığı çox çətin.Nə həddi var əfsanəvi cənnətin,Azərbaycan torpağına bənzəyə!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-benzeye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxışlarının birində Rauf Denktaş dedi: “Bir gün Yasir Ərəfat mənəsöylədi ki, Rauf bəy, sən məndən xoşbəxtsən. Sənin Türkiyən var,
Divar və çay(Berlinin yıxılan divarları önündə düşüncələr)Bir dövləti ikiyə
Yeldağı haqqıQocaman Borçalıda, dağlar qoyunda Kəpənəkçi adlıqoca bir kənd var. Məni dünyaya gətirən bu kəndə sökəkli
Borçalı ilə deyişməBorçalı:Gözüm yolda, könlüm səsdə qalıbdı,