Yerdən göyə doğru qalxar, ucalar,Ucalıq gətirər yaş ömürlərə.Bir güllə yaz gəlib, bahar açılmaz,Ömrünü eşq ilə qoş ömürlərə.

Zaman ürəkləri şum kimi əkər,Gah sağa, gah sola fırlanar təkər.Bahar sevə-sevə nazını çəkər,Yağdırar qarını qış ömürlərə.

Uca göylər kimi ulu deyilsə,Yolu, sevənlərin yolu deyilsə,Tanrı sevgisiylə dolu deyilsə,Daş yağsın mənasız, boş ömürlərə.

2005, 24 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq