Bircə dəfə baxsana
Bezmisənmi dünyadan,Yoxsa gözün toxdumu.Meylin yoxdu, neyləyim,İnsafın da yoxdumu?Səni Allah bilənə,Bir nəzərin çoxdumu?Qaynar bulağa dönübSüzülsənə, axsana,Kirpiyini qaldırıbBircə dəfə baxsana.
Nə arada pıçıltı,Nə qeybət, him-cim oldu.Səndən ötrü ürəyimTitrəyən bir sim oldu.O simi inildədənGör axırda kim oldu.Gözmü dəydi gözünə,Qarğadımı haqq sənə,Kirpiyini qaldırıbBircə dəfə baxsana.
Gözlərin həyat verər,Üstə gül bitər daşın.Öldürməksə məqsədin,Daşın, fikrindən daşın.Qalın buludlar kimiNiyə çatılıb qaşın?Həsrətimə od vurubŞimşək olub çaxsana,Kirpiyini qaldırıbBircə dəfə baxsana.
Mən sənə sinəm üstə,Dil-dil ötən saz dedim.İlk görüş qışa düşdü,Taleyimə yaz dedim.Yüz il yara can desəm,Yenə azdı, az dedim.Arzum, eşqim, xəyalım,Ah! Nə deyim ah, sənə!Ağrıyarmı gözlərin,Bircə dəfə baxsana.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-birce-defe-baxsana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
YatarlarSəhərdən oğradım məzərisdana,Əlini dünyadan çəkmiş yatarlar.
الا ای ماه کنعانی برآ از چاه ظلمانیبه مصر عالم جان شو، نشین آنجا به سلطانی
DönərmiQadir Allah, əlim əldən uzaqdı,Yazıq könlüm görən indi dinərmi?