Məndən nə istərsən desə Allahın,Sevməyə, duymağa istedad istə.

Yerləri gəzməyə yorulmaz ayaq,Göyləri qucmağa qol-qanad istə.

Zəncirdən aralı, qəfəsdən uzaq,Coşan duyğuları sən azad istə.

Acılıq heç kəsə qismət olmasın,Şirin nemət istə, şirin dad istə.

Təmizlik içində allahlıq yaşar,Tanrıdan istəsən, təmiz ad istə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq