Öldürür
Bu şeir Ağdaş rayonunda, böyük şairimizMaqsud Şeyxzadənin anadan olmasının 85 illikməclisində xanəndə Ağaxan Abdullayevinilahi dərəcədə gözəl çıxışından sonra yazılmışdır
Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.
Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.
Atəş kimi qarsaladı “Segah”ın fəryadı məni,Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.
Bu nə səsdi, bəlkə, bu gün Həzrəti-Davud dirilib,Heyranların heyranıyam, məni bu heyran öldürür.
Allah belə ölümləri duyanlara çox görməsin,“Şüştər” bu gün verib yenə qətlimə fərman, öldürür.
Məni sevən dostuma bax, çevrilib cəlladım olub,Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-oldurur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Havayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Sevgi söylənciKöləlikdən çıxartdılar Qızbaxı,Belə qorxmaz, gözəl kölə olarmı.