Hara qaçacaqsan?
Yağlı əppək olub göyə çəkilsən,Mən səni axtarıb göydə tapardım.Rəng olub çəməndə hopsan güllərə,Rəngini yaşılda, göydə tapardım.
Zəvvarın olardım, dərgaha dönsən,Günəşin olardım, sabaha dönsən,Könüllər yandıran bir aha dönsən,Ahını kamanda, neydə tapardım.
Həsrətin atını çox sürsən də sən,Bu dağdan o dağa yüyürsən də sən,Gözümə iy salıb əyirsən də sən,Səni gözümdəki iydə tapardım.
Yaxşı ki, arzumun barını dərdim,Başımdan sovuşub çəkildi dərdim,“Quran” açdırardım, kitab tökərdim,Mən səni “əlif”də, “bey”də tapardım.
Kislovodsk
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hara-qacacaqsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.
Mən sənin qəlbinə necə yol tapımGəl mənim ömrümün şirin dünyası,Məhəbbət adlanan pirin dünyası,
Bir qız gözlərində Günəş doğurduDuyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Salam, yaşıl ağac!Sulusan, hələ ki, su var canında,Salam, yaşıl ağac, yaşılım ağac!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Gəldi bahar“Onu bağışlamaq olarmı?” filmindən*Elimin, yurdumun çox baharı var,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.