Gəl gözüm işığı, gəl gözüm nuru,Dilim qabar oldu “göz” deyə-deyə.Ruhum harayladı, könlüm çağırdı,Öldürdün, darıxma, “döz” deyə-deyə.

Yoruldum, dizimi heydən eylədim,Vaxtımı hey axşam, hey dan eylədim.Ayağın altında meydan eylədim,Sinəmin üstündə “gəz” deyə-deyə.

Nədi sirr saxlamaq, sirr, mən bilirdim,Gizli sevgiləri pir mən bilirdim.Bir Allah bilirdi, bir mən bilirdim,Dillərdə söz oldum, “söz” deyə-deyə.

Yerinə yetməyən bir dilək oldum,Yol üstə saralan son çiçək oldum.Kərəm yalan oldu, mən gerçək oldum,Qaynar baxışlara “köz” deyə-deyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri