Bir yolun üstündə min-min yol düşüb,Dəyişib cığırı, izi dünyanınMin yol pəhləvanın burdu boynunuBir dəfə əsmədi dizi dünyanın.

Nə meşə, nə bağça, nə dəniz qalırNə gecə dayanır, nə gündüz qalır.Dağın əvəzinə dərə, düz qalırGahdan dağa dönür düzü dünyanın.

İldırım şığıyıb gələndə diləOtu qora verir, samanı yeləYarandığı gündən özünə beləVəfasız yaranıb özü dünyanın.

Bilməyirsən birdən nə büsat qurur,Yayın nəfəsiylə yaza od vurur.Bülbülü bayquşdan əzəl susdururQudurub, qızanda gözü dünyanın.

Çiçəklər qoynunda tikanlar yatır,Aşkara zəhəri şərbətə qatır.Binalar ucalır, binalar batır,Qərinələr görüb üzü dünyanın.

Nizami kamına yetmədi getdi,Füzuli başadək ötmədi getdiVaqiflə, Vurğunla bitmədi getdiBitməz Hüseynlə sözü dünyanın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar