Həftə başa varır, ay gəlib gedir.İtirir nurunu göz yavaş-yavaş.Soyuyur məclisim çeşmə başında,Qaralır ocaqda köz yavaş-yavaş.

Qəm yağır Günəşin solğun telindən,Daş qopur dağların sərxoş selindən,Payız yarpağı tək xəzan yelindən,Dağılır sinəmdən söz yavaş-yavaş.

Fikir ağartmasa saçda dən olmaz,Can yorğun düşəndə ürək şən olmaz.Hüseyn, həmişə sən deyən olmaz,Zamanın hökmünə döz, yavaş-yavaş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar