Baharım tərsinə, qışım tərsinə,Kimin söhbətini kimə deyim mən?..Səhər “Cəngi” üstə köklənən sinə,Axşam qəmli-qəmli ötən neyəm mən.

Xeyir yetişməmiş yolu kəsir şər,Şərbət dadılmamış hazırdır zəhər.Bir anım həsrətdir, bir anım kədər,Özüm də bilmirəm, kiməm, nəyəm mən.

Nə fərqi ucalıb ulduza çatsam,Tərifə bürünüb, təbrikə batsam.Arifin ayağı altında yatsam,O zaman zirvədən zirvədəyəm mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri