Axtarar səni
Ağ gölün qaşından endin Göyçəyə,Zodda qarşıladı Ağayar səni.Doğma balası tək basdı bağrına,Saz-söhbət qoxulu bir diyar səni.
Getdin qulluğuna qul Ələsgərin,Usta Abdullanın, Mirzə Bəylərin.Məhəmmədhüseyn tək sinədəftərin,Yolunda yormadı ruzigar səni.
Çatdın Qızılvəngə söküləndə dan,Ağladı gözündə qədim qəbristan.Alıdan, Həcərdən söz düşən zaman,Boğdu həsrət səni, intizar səni.
Qurbanın, Abbasın düşdün izinə,Əmrahın, Qasımın gəldin sözünə.Xeyli var, cəzb edib səni özünə,Nakam Dilqəm kimi sənətkar səni.
Nə qədər canında can var, Hüseyn,Həyata borcunu qaytar, Hüseyn.Axtar babaları, axtar, Hüseyn,Bir gün də nəvələr axtarar səni.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-axtarar-seni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Evdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Elə bil kanun ayına şəbixun eylədi neysanSəmanı tozla doldurdu, çölü, səhranı tutdu qan.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Gəl çəkmə cahan qeydini sən, can belə qalmazGəl çəkmə cahan qeydini sən, can belə qalmaz,Qan ağlama çox, dideyi-giryan belə qalmaz,