O günlər
Vaxt var idi, qar üstündə yatardım,Sabah şehə, axşam çənə batardım.Dağı, daşı bir-birinə qatardım,Nə varımış,nə yoxumuş o günlər!..
Babadağdan Şahdağına keçdiyim,Qayaların sol-sağına keçdiyim,Qartalların ovlağına keçdiyim,Nə enişmiş,nə yoxuşmuş o günlər!
Bir də gördüm ləpələndi gül-çiçək,Bir qızılquş süzüb qalxdı güllə tək.Baş qarışdı, yaddan çıxdı çay-çörəkNə acımış,nə toxumuş o günlər!
Dodaqlarım buz bağladı bulaqda,Yanaqlarım pul-pul oldu sazaqda,Ardış közü gül-gül açdı ocaqdaNə istiymiş,nə soyuqmuş o günlər!..
Zirvə-zirvə dayanmadım, durmadım,Dərə-təpə, çətin, asan sormadım.Acı,şirin,hesabına varmadım,Nə az imiş,nə çoxumuş o günlər!..
Müddətdi ki, heç özümə gəlmirəm,O yerlərsiz danışmıram, gülmürəm.– Yaxın, – deyim,– Uzaq, – deyimbilmirəm,Nə yaxınmış,nə uzaqmış o günlər!..
Göz doymadı nə Arazdan, nə Kürdən,Sahil boyu ayrılmadım fikirdən.Hüseyn Arif, elə bil ki, ömürdən,Gəlib-gedən bir yuxuymuş o günlər.
Kitabxana.az · https://kitabxana.az/works/huseyn-arif-o-gunler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədi
DilənçiQışın boranlı, məşəqqətli bir soyuq gecəsi,Cahanə lərzə salır yellərin cəfalı səsi,
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,