Seyrə çıxıb xan qızı
Bağça cənnət bağçası,Gülə bax, gülnən gəzir.Seyrə çıxıb Xan qızı,Qırx incəbelnən gəzir.
Dil-dodağı qənd olub,Zülfləri kəmənd olub.Kəmər belə bənd olub,Yaylığı yelnən gəzir.
Çeşməsi çaya bağlı,Eşqi dəryaya bağlı.Ömür saraya bağlı,Şöhrəti elnən gəzir.
Gözəl gülüm-çiçəyim,Gözəllikdi gərəyim.Üzülübdü ürəyim,Bir incə telnən gəzir.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-seyre-cixib-xan-qizi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yurdunu-yuvasını itirən şair dostlarımaQeyrətim, qəzəbin qılıncını çək,
Döyüşdədir AzərbaycanDöyüş, ay eloğlu, döyüş,Bircə qarış torpaq üçün,
Vətən yaxşıdıXəstə göndərməyin qürbət ellərə,Xəstəni əcəl yox, qürbət öldürür.
Köksüz ağacQürbətə salmasın Allah adamı,Qürbət axırına çıxır adamın.
Başqa şairlərin şeirləri · Eşq
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Asimani bir bəladır səndə olan məhəbbətHəmişəlik bir həyatdır sənin vüsalın, əlbət.