Qürbətə salmasın Allah adamı,Qürbət axırına çıxır adamın.Qaralır ocağı, səngiyir şamı,Köksüz ağac kimi yıxır adamı.

Tökülüb üstümə həsrətin yası,Yuxum ərşə çıxıb, gecə yarıdı.Qəlbimdə atamın kövrək dünyası,Yuxumda anamın laylalarıdı.

Gözümün içində yuva saldı çən,Qəlbimə xaraba, virana dedim.Dedilər, Allahdan nə istəyirsən,Bir “Vətən” söylədim, bir “ana” dedim.

2004, fevralKislovodsk

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq