Qışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!Bilim hansı gündü gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah.

Qoy yatım, yuxudan qaldırma məni,Əcəlin cəngindən saldırma məni,Zarıya-zarıya öldürmə məni,Öldürə bilirsən, saz öldür, Allah!

Acı gülüşlərin ürəyimdə xal,Dodağım qıfıllı, baxışlarım lal.Alırsan canımı birdəfəlik al,Bu qədər ağrıyla az öldür, Allah!

2004, 29 sentyabr Cenevrə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm