On il bundan əvvəl hardaydı fikrim,On il bundan sonra harda, kim bilir?Hansı kök üstündə dillənəcək tar,Hansı sim susacaq tarda, kim bilir?

İnsan bu dünyayla xəncər-bıçaqdı,Biri sağ gəzirsə, biri naçaqdı.Kimlər gün altında qızınacaqdı,Kimlər üşüyəcək qarda, kim bilir?

İçimi yandırır bozarmış çölüm,Səhrayam, quruyub dənizim, gölüm.Nisyədi ölməzlik, nağdıdı ölüm,Bizi nə gözləyir gorda, kim bilir?

2004, 23 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri