Xəstə göndərməyin qürbət ellərə,Xəstəni əcəl yox, qürbət öldürür.Vətənlə qürbətin arasındakı,Ayrılıq öldürür, həsrət öldürür.

Öz kökü üstündə qalxan, ucalan,Öz kökü üstündə bitən yaxşıdı.Elə gəzməyə də Vətən torpağı,Elə ölməyə də Vətən yaxşıdı.

2004, fevralKislovodsk

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran