Nə yazım
Nə yazım, ayrılıq nədir bilməzsən,Nələr çəkdiyimi çəkənlər bilər.Nə deyim, söz varmı dərdimə ölçü,Sənsiz göz yaşları tökənlər bilər!
Sənsiz nədir Günəş, nədir qaranlıq?Nədir günahımız biz ayrı qaldıq?İşıqsız bir dünya yaşarmı artıq?Gözünə qaranlıq çökənlər bilər!
Bəlkə sən anmadın mənim adımı?!Bilməm xatirində yerim qaldımı?Mən bir çiçək quşu - pozmam andımı,Güllər bilməsə də, tikanlar bilər!-Dərbənd, 3 may, 1920*
Kitabxana.az · https://kitabxana.az/works/cavad-ne-yazim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gülsən, dərmişəm gənclik bağından,Bir gülü, çiçəyi dərmərəm sənsiz.
O qızaÖmür dedikləri, çarpaşıq bir yol,O çarpaşıq yolun yolçusuyam mən.
Of, bu yolBənim yolum yalançıGirdablarla dolmuşdur.
Of, çəkilsin cəhənnəmə bir pərdəOf, çəkilsin cəhənnəm ə bir pərdəBu baxmaqdan yorulduğum dünyaya!
Başqa şairlərin şeirləri · Hicran
Nə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Nə əlim çatdı sənə, nə qismət oldu vüsalNə də o camalını tərifə qadir xəyal.
Gərçi yüz min aləm içrə var yarından cüdaGərçi yüz min aləm içrə var yarından cüda,Heç kəs mən tək deyil pərvərdigarından cüda.
Dost yolunda cəfa çəkdim, can üzdümDost yolunda cəfa çəkdim, can üzdüm,Yetişmədim bir məkanə, ay mədəd!