Ərməğanım yaslı nəğmə,Bir quş oldum, çıxdım yola.Getdim gördüm dost elindəNə bir səs var, nə bir layla.

Bir yığıncaq gördüm, dedim:Bəlkə toydur qızlar oynar?Baxdım ellər batmış yasa,Nə oynayan, nə gülən var.

Sordum qərib minarədən:Axşam olmuş, əzan hanı?Bayquş qonmuş minbərlərə,Deyən hanı, duyan hanı?

Belə getsə, o dağlardaİllər keçər, çiçək bitməz.O dağları duman basmış,Duman getməz, yaman getməz.

Coşqun irmaq kənarındaNə qızlardan bir nişan var.Nə oğlanlar islıq çalır,Nə qaynayan, nə coşan var.

Bir dul gəlin könlü coşmuş,Yol göstərin hanı yarı?!Oğlan çıxmış dönməz yola,Nə nəşi var, nə məzarı.

Vicdan mənə əmr edir ki:Belə gündə bayram etmə!Quran mənə yol göstərir:Yoxsulları məyus etmə!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri