Əsirgəsin Tanrım yabançı gözdənBizim eldə məbədinin daşını!Acı bizə, imanımız sönməsin,Rəhmətinlə keyit bu göz yaşını!Yarəb, Vətən sənin, iman sənindir!Mömünü güldürən Quran sənindir!Vətəndə lal qalan məscid, minarə.Gözün dikmiş səsin golən diyarə.Qəribliyə deyilmi bu işarə?Məhşər oldu... atma bizi kənarə!Yarəb, Vətən sənin, iman sənindir!Mömünü güldürən Quran sənindir!Sufilərin böylə olub, küsməsi,Azanlarm titrəyərək əsməsi.Xətmlərin, xütbələrin hər səsiÇağırmaqda imdadına bir kəsi!Yarəb, Vətən sənin, iman sənindir!Mömünü güldürən Quran sənindir!Ey mərdliyi ilham edən böyük haqq!Buyruq sənin qullarına, nə sormaq?!Pək derdliyiz, bir arzumuz var ancaq,Cəbrayılla göndər bizə bir sancaq!Yarəb, Vətən sənin, iman sənindir!Mömünü güldürən Quran sənindir!Kərəm inlə xəbər verdin adını,Bizə daddır o cənnətin dadını!Ümmətinin düşündürüb şadmı,Ağa, tikmə bizə, hər yad qadmı!..Yarəb, Vətən sənin, iman sənindir!Mömünü güldürən Quran sənindir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən