Uca binaların əhatəsində...
Uca binaların əhatəsindəDarıxar,karıxar,yeri dar məscid.Qulağı göylərin imdad səsindəLeylək boğazını uzadar məscid.
Ömrü uzun imiş sirli yalanınAllaha inam da o sirdən gəlir.Elə bil minbərdə ötən mollanınSəsi səkkizinci əsirdən gəlir...
Gör nəyə bənzəyir o minarələr,Batmış gəmilərin dor ağacına.Molla da minbərə çıxıb hər səhərSəsindən çəkilr dar ağacına.
Fikri də dəyişib ürəyi kimiSözü söhbəti də dilində qalıb.Bulud da Allahın ətəyi kimCırılıb mollanın əlində qalıb...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-uca-binalarin-ehatesinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Üç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Siz indiGündoğan tərəfdən əsən badlar,Eləməyin bu boranı siz indi.
Qaçdıq qara saçdan ağ saça qədər...Şair qardaşım Məmməd Arazın 70 illiyinə*Ürək o Sahildə bu Sahildədir,
Qərib RəhmanQarmonunda dərdimizi çalırsanYanır oda dinləyən də, çalan da.