Ey göyərçin nə gəzirsənpəncərəmin önündə?Burda qərib quş kimiyəmmən də sənin günündə.Dən gəzirsən,yoxsa, elə gətirmisən dən mənə.

Gəldin, sevgi məktubunuxatırlatdın sən mənə.Hayandasa bir sinəniyarıb çıxan ürəksən.Ya taleyin qismətinəuçub gələn mələksən?Susdurulmaz, söndürülməz,yatırılmaz duyğusan.Ya vətənin bir parçası, yaanamın ruhusan.Ey göyərçin, nədən belənarahatsan, narahat?Nə bilirsən bir alıcıquş kimidir bu həyat?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri