Zəmanənin əndən çəkdiyi az olmadı,Amma boğaz olmadıbir kimsənin önündə.Baxtı kimi qapqara saçları vardı bir vaxt,Töküləni töküldü,Çallayanı çalladı.Özü yetirdiyini qarşısında görəndə,Tanrı da cığalladı...Bəxtinə,yığvalınabir kimsənin ağlına belə gətirmədiyiqəfil bir qəza düşdü.Hayandan qaçırdısagəlib oraya,İki araya-dar bir boğaza düşdü.

Bu boğazın toruna qızıl bir balıq kimiGünəş də batıb çıxar.Axşam batdığı yeri səhər alladıb çıxar.Görüşlə ayrılığın tamını dadıb çıxar...

Ganadlansa bu suyun altında balıqları,Bu suyun aynasında martıları uçsalar.Və səndən soruşlar hər cür xırdalıqları,Hər cür ucalıqları və səndən soruşsalar...

...İki dəniz arası bir boğaza düşmələr,Bir yandan ayrılmalar, bir yandan görüşmələr...Ayrılığın göz dağı;-Ağzına su dolalı,Yaranışdan dünyanın açıq qalan dodağı...

Xəyalınəl çatıb, ün yetməyən sonsuz üfüqlərindəYolçu yolda,yol açıq;Boğazdı ana bətni, ölüm də bir boğazdı,Çıxa bilirsənsə çıx,Olum ölüm arası yolun da bir boğazdı...

Ümidi bozbulanlıq sulara yansıyan nur.Sən ey bizi var edən,-Dənizləri boğazdan keçməyə vadar edənGözləriyin ucuyla bizə də bax nə olur...

Günlərini sayınca ayrılıq gəmiləri,Gözdən çıxanlarının dalınca baxa-baxaqəlbi daş olmalısan.Boğaz boydan ucadır,İki dünya arası açılan bir bacadır,-Düşdünmü, əzəl-axırya bir yana çıxmalı,ya çıxdaş olmalısan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri