Qədərin naxışıdıSənin işin dürüsdü.İlan, hansı yaxşıdıYerin altı, ya üstü?

Her gün yer altı qındanAyrılıb çxmaq necə?Özün öz qabığınanSıyrılıb çıxmaq necə?

Ölümün bir parçasıAğzında zəhər dişin.Yoxluq varlıq arasıHardandı bu gərdişin?

İki arada qaldınBurnunda qan qoxusu.İlk dəfə kimi çaldınSaldın ilan qorxusu?

Sürünüb yastı-yastıTaleyini çəkirdin.Yuvanı sumu basdıGəlib yuxuma girdin?

Mən də, lənət şeytanaŞirin dilə inandım.Dünya boyda yalanaBilə-bilə inandım.

Dişinin altındadıÖlümün məmləkəti.Ömrümün qaçıb dadıMənə bir zəhər gətir.

Gədərimin qışıdıÇal məni isti-isti.Görüm hansı yaxşıdıYerin altı, ya üstü?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri