Başına tac bilib ellər əzəldən,Ağsaqqal sayıbdı qoca dağları.Torpaq sinəsində fəxri yer verib,Uca saxlayacaq uca dağları.

Bir sözü od saldı milyon ürəyə,Yandıra-yandıra yandı, əridi.Bugünkü səhərin rəngi, bəzəyiSabir işığının şəfəqləridi.

Vətənin ən böyük qəhrəmanıdı,Vətənə ən böyük oğuldu Sabir.Duydu mənasını acı günlərin,Dünyanın dərdindən doğuldu Sabir!

1973, 4 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən