Ay gecəni sevər, günəş gündüzü,Çaylara bağlanar sel məhəbbəti.Ürəkdə layladı, dodaqda nəğmə,Arıya bal olar gül məhəbbəti.

Varsa bir ürəkdə sevgidən maya,Əriyər odunda, mum olar qaya.Salam kəlməsiylə gəlib dünyaya,Sıxıb bir-birini əl məhəbbəti.

Küləklər, tufanlar gəlməz eyninə,Yüz nadan tənəsi girməz beyninə.Quş bilər dağları, alsa çiyninə,Olsa Zəlimxana el məhəbbəti.

1973, 3 iyul

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri