Üz-gözündən Tanrı nuru tökülür,Durulanıb bulaqdanmı gəlmisən?Duyğuların qanadına çevrilib,Nəğmə olub dodaqdanmı gəlmisən?

Bir ovçuyam, qismətimə ov gəlib,Od yanına çaxmaq gəlib, qov gəlib,Tufanlara, sınaqlara dov gəlib,Sevgi adlı sınaqdanmı gəlmisən?

Çəmən olsan, çiçəyini dərərdim,Çiçək olsan, yaylıq üstə sərərdim,Bəndə olsan, səni çoxdan görərdim,Mələk olub uzaqdanmı gəlmisən?

2004, aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar