Qışı öz əlimlə salmışam yola,İndi həmsöhbətim yazdı çəməndə.Gözəllik meylimi min yerə çəkdi,Xəyalım dolaşıb azdı çəməndə.

Hər zərif çiçəyin öz ətir payı,Düzlərin eşqini aləmə yayı.Yaxşı ki, güllərin bilinmir sayı,Yaxşı ki, qanqallar azdı çəməndə.

Təbiət şairin dərmanı, həbi,Bir bulaq gördümü, gələcək təbi.Nə qələmi gəzdi, nə mürəkkəbi,Zəlimxan bu şeiri yazdı çəməndə.

1978, 28 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar