Şəhidlərim yatan yerdə
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın,Göməlim gəl səni tarixə desəm, sığmassın!Məhmət Akif
Burda ən çox işlənən söz – cəlladlara “nifrət” sözü,Burda ən çox işlənən söz – ölüm sözü, həsrət sözü.Ziyarətə gələnlərin dilindəki “rəhmət” sözü –Yağış olub yağasıdır, Şəhidlərim yatan yerdə!
Dilimizdə diş göynədən yüz bayatı, yüz ağı var,Canımızda qanlı qışın şaxtası var, sazağı var.Dərdli olan darıxmasın, yaxını var, uzağı var,Gün təzədən doğasıdır Şəhidlərim yatan yerdə!
Xain bəlli, tarix şahid, mətləb aydın, fikir qəti,Zaman özü hakim olar, bağışlamaz xəyanəti.Yüz pərdələ, yüz malala, örtmək olmaz cinayəti,Haqq nahaqqın ağasıdır Şəhidlərim yatan yerdə!
Düşmən hər gün öz əyninə paltar kimi geyir şəri,Yalan min qat çoxalsa da, haqqın gücü əyir şəri.Alçaqların fəndi keçməz, düz əyrini, xeyir-şəri,Nur zülməti boğasıdır, Şəhidlərim yatan yerdə!
Solan insan taleyidir məzar üstə sönən şam da,Daşa dəydi, çilikləndi xoş arzu da, şirin kam da.Dərdim böyük, qəlbim geniş, mən dünyaya sığmasam da,Dünya mənə sığasıdır Şəhidlərim yatan yerdə!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sehidlerim-yatan-yerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İtirdi nurunu şair gözləri,Adına böhtanlar deyildi getdi.
Qazax deyə-deyə ağlayan qadınBənzəyir başına qar yağmış dağa,Nurani bir ana qalxır ayağa.
Tarix alındakı qırışlardadıXeyli vaxtdır diqqətlə bir qocaya baxıram. Yaşı olar70-80 arası. Çox yaraşıqlı, nur parçası kimi bir kişidir.
Gəncə çinarını kəsən baltalarBu görüşdə iştirak edənlərin hər biri bir canlı tarixidi, Vətənin, həsrətin, qürbətin, sürgünün tarixi. Dəniz